Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2016 13:39
  • A-
  • A
  • A+

AMEA-nın Birləşmiş Veteranlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Birləşmiş Veteranlar Şurasının növbəti iclası keçirilib

Bu gün AMEA-nın Əsas binasında Akademiyanın Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.

İclası giriş nitqi ilə açan şuranın sədr müavini, II Xüsusi şöbənin rəisi Eldar Quliyev Şuranın 2016-cı ildəki fəaliyyəti və 2017-ci iləd görüləcək işlər və gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib.

Eldar Quliyev AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan aztəminatlı veteranlara birdəfəlik müavinət, yeməkxanada nahar yeməyindən güzəştli istifadə və sanatoriyalarda birinci növbədə istirahət və müalicə almaq üçün yardım edilməsi haqqında” Sərəncamına uyğun olaraq Akademiyada görülən işlər bağlı hesabat verib. Bildirib ki, gələn il 50 nəfərə əmək veteranı vəsiqəsinin verilməsi, aztəminatlı veteranlara kömək göstərilməsi məqsədilə 36 nəfərin birdəfəlik müavinət, 19 nəfərin yeməkxanada nahar yeməyindən güzəştli istifadəsinə icazə, 28 nəfərin isə sanatoriyalarda istirahəti üçün onlara yollayışların verilməsi təklifləri irəli sürülüb.

E.Quliyev bildirib ki, Veteranlar Şurasının nizamnaməsində göstərilən tövsiyyələrə uyğun olaraq ehtiyyacı olan veteranlara yardım göstərilməsi, əməyin stimullaşdırılması, veteran şuralarının işinin bu günün tələbinə uyğunlaşdırılması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi kimi məslələrə diqqətin artırılması zəruridir.

Daha sonra veteranları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. İclasda veteranların sosial rifahının və iş şəraitinin yaxşılaşdırılması, onlara lazımi güzəştlərin verilməsi və digər məsələlərlə bağlı müvafiq təkliflərin hazırlanaraq AMEA rəhbərliyinə təqdim edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: