Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gənc türkoloqların “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransı keçiriləcək
18.11.2016 15:35
  • A-
  • A
  • A+

Gənc türkoloqların “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransı keçiriləcək

Noyabrın 21-də saat 11:00-da AMEA-nın Əsas binasında Rəyasət Heyətinin, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda gənc türkoloqların beynəlxalq elmi konfransı keçiriləcək.

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans Şərqşünaslıq İnstitutunda 4 bölmə üzrə (Türk dillərinin tarixi; Türk xalqlarının ədəbiyyatı; Türk xalqlarının tarixi və mənbəşünaslığı, türk xalqlarının arxeologiya və etnoqrafiyası; Türk xalqlarının iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri) keçiriləcək iclaslarla davam etdiriləcək.

Konfrans noyabrın 22-də başa çatacaq.

Ünvan: Bakı ş., H.Cavid pr., 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: