Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.11.2016 18:06
  • A-
  • A
  • A+

AMEA-da informasiya cəmiyyətinin inkişafına dair Dövlət Proqramlarının icrası ilə bağlı Tədbirlər Planı təsdiqlənib

AMEA-da informasiya cəmiyyətinin inkişafına dair Dövlət Proqramlarının icrası ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev tərəfindən 20 sentyabr 2016-cı il tarixdə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Dövlət Proqramında nəzərdə tutulan 51 bənddən 15-də AMEA icraçı qurumlardan biri kimi müəyyənləşdirilib. Həmin bəndlərdə nəzərdə tutulan tədbirlərlə bağlı Akademiyanın üzərinə düşən vəzifələrin həyata keçirilməsi üçün Tədbirlər Planı hazırlanıb.

AMEA Rəyasət Heyətinin noyabrın 18-də keçirilən iclasında Dövlət Proqramının icrası haqqında məsələ müzakirə edilib.

İclasda Tədbirlər Planını təqdim edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Dövlət Proqramının ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyi, biznes sektoru və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi baxımından böyük önəm kəsb etdiyini bildirib. Akademik AMEA üzrə Tədbirlər Planında öz əksini tapan məsələlər haqqında məlumat verərək burada “Yüksək texnologiyalar sektorunun inkişafı”, “Yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi”, “İKT – cəmiyyətin inkişaf amili kimi”, “Kadr hazırlığı”, “Milli kontentin inkişaf etdirilməsi” bölmələri üzrə nəzərdə tutulan tədbirlər və onların icrasına məsul olan təşkilatlar haqqında məlumat verib.

Tədbirdə geniş müzakirələrdən sonra irad və təkliflər nəzərə alınmaqla, AMEA Rəyasət Heyəti tərəfindən Dövlət Proqramının icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Dövlət Proqramından irəli gələn vəzifələrin Tədbirlər Planı üzrə icrasını təmin etmək məqsədi ilə məsul qurumlara tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: