Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Prezident İlham Əliyevin “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-da İşçi qrupu yaradılıb
18.11.2016 18:11
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-da İşçi qrupu yaradılıb

Noyabrın 18-də keçirilən AMEA Rəyasət Heyətinin növbəti iclasında “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamından irəli gələn məsələlər və görüləcək tədbirlər müzakirə olunub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Sərəncamın elm ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. Vurğulayıb ki, sənədin əsas məqsədi müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır. Akademik elmin müxtəlif istiqamətləri üzrə innovativ addımlar atıldığını və Yüksək Texnologiyalar Parkının yaradılmasının AMEA-nın bu sahədə fəaliyyətini daha da gücləndirəcəyini qeyd edib. Akademik Akif Əlizadə onu da vurğulayıb ki, Yüksək Texnologiyalar Parkı elm-sənaye-dövlət üçbucağını yaratmaqla yüksək texnologiya məhsullarının hazırlanmasında əlverişli mühit formalaşdıracaq.

Sonra Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-da İşçi qrupu yaradılıb. İşçi qrupuna təkliflərin hazırlanaraq 1 dekabr 2016-cı il tarixinədək AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi barədə tapşırıq verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: