Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.11.2016 11:51
  • A-
  • A
  • A+

AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisə və təşkilatlarında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb

AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisə və təşkilatlarında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb

Bu gün AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirildi.

İclası giriş sözü ilə bölmənin akademik-katibi, akademik Teymur Kərimli açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Akademik Azərbaycan elminin beynəlxalq elm məkanına uğurlu inteqrasiyasının təşkilində vacib rol oynayan amillərdən birinin də elmin informasiya təminatının gücləndirilməsi olduğunu qeyd etdi. Bildirdi ki, AMEA-da ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, elmi informasiya təminatının gücləndirilməsi istiqamətində işlərin yeni keyfiyyətdə davam etdirilməsi üçün AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə müvafiq struktur qurumların yaradılması zərurəti meydana çıxmışdır. Akademik T.Kərimli AMEA Rəyasət Heyətinin 29 iyun 2016-cı il tarixli qərarına əsasən artıq Humanitar Elmlər Bölməsinin bütün elmi müəssisə və təşkilatlarında İctimaiyyətlə əlaqələr şöbəsinin yaradıldığını diqqətə çatdırdı.  

Sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorant və dissertantlarının “Ümumi tarix” fənnindən fərq imtahanı verməsi məqsədilə hazırlanmış fənn proqramı və test sualları bankı  müzakirə olunaraq qəbul edildi.

İclasda digər elmi-təşkilati məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı, bir sıra rəy və təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: