Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

İrəvan xanlığına dair əsərlərin təqdimatı olacaq
23.11.2016 12:46
  • A-
  • A
  • A+

İrəvan xanlığına dair əsərlərin təqdimatı olacaq

Noyabrın 24-də saat 11:00-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” adlı əsərlərin təqdimat mərasimi keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyidir.

Xatırladaq ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanmış əsərlər Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılmışdır.

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 58.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: