Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin Ev Muzeyində tələbələr üçün “açıq dərs” təşkil olunub
23.11.2016 15:13
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində tələbələr üçün “açıq dərs” təşkil olunub

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin tələbələri üçün növbəti açıq dərs keçirilib.

Açıq dərsdə böyük şair və dramaturq Hüseyn Cavidin və Cavidlər irsinin toplanması, qorunması, tədqiqi  və təbliği sahəsində muzeyin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Eyni zamanda, muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Hüseyn Cavid: həyat və sənət yolu” mövzusunda tələbələrə mühazirə oxuyub. Mühazirədə dahi mütəfəkkirin həyat yoluna nəzər salınıb, filosof-şairin böyük fəlsəfi məna kəsb edən dram əsərləri və şeirləri təhlil olunub.

Sonra tələbələr muzeyin eksponat və ekspozisiyaları ilə yaxından tanış olublar.

Sonda muzeyin yeni nəşrləri Bakı Avrasiya Universitetinin kitabxanasına hədiyyə olunub.

Qeyd olunub ki, muzeydə təşkil edilən bu cür tədbirlər məktəblilərin dünyagörüşlərinin inkişafında mühüm rol oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: