Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
25.11.2016 16:06
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

21-22 noyabr 2016-cı il tarixlərində Türkiyənin İstanbul Universitetində türk ədəbiyyatşünası Mehmed Fuad Köprülünün anım günü münasibətilə “Fuad Köprülü: türkoloji və bəşəri elmlər” mövzusunda beynəlxalq simpozium keçirilib.

Beynəlxalq tədbirdə ölkəmizi Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev təmsil edib. O, ”Fuad Köprülü yaradıcılığında Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Həmçinin İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutu ilə Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu arasında elmi əməkdaşlıq barədə protokol imzalamaq barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: