Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Çinli mütəxəssislər Azərbaycan iqtisadçılarının tədqiqatları ilə maraqlanırlar
28.11.2016 12:46
  • A-
  • A
  • A+

Çinli mütəxəssislər Azərbaycan iqtisadçılarının tədqiqatları ilə maraqlanırlar

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda “İS(S)İ – 2015: Dövlətin iqtisadiyyata müdaxiləsi – ölçülmə metodologiyası və alınmış nəticələr” mövzusunda mühazirə ilə çıxış edib.

Dövlətin iqtisadiyyata müdaxilə səviyyəsinin qiymətləndirilməsi və dəyərləndirilməsi sahəsində 62 ölkə üzrə aparılan tədqiqat beynəlxalq ekspert icmasının diqqətini cəlb edib.

Tədbirdə 2017-ci ildə bir neçə çinli mütəxəssisin Azərbaycana səfər edərək, AMEA-nın İqtisadiyyat İnstitutunun tədqiqatları ilə yaxından tanış olması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: