Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

II Azərbaycan Elm Festivalına həsr olunan film yayımlanacaq
29.11.2016 12:00
  • A-
  • A
  • A+

II Azərbaycan Elm Festivalına həsr olunan film yayımlanacaq

II Azərbaycan Elm Festivalına həsr olunan 45 dəqiqəlik sənədli film hazırlanıb. Film 30 noyabr 2016-cı il tarixində saat 21:10-da Mədəniyyət kanalında yayımlanacaq.

Ölkənin tanınmış elm adamlarının, ictimai-siyasi xadimlərin festival haqqında fikirlərini bölüşdüyü filmdə Elm festivalı çərçivəsində Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçirilən tədbirlərdən kadrlar, Akademiyanın elmi bölmə və regional elmi mərkəzlərinə edilən ekskursiyalar, cəlbedici elmi şoular, həmçinin son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş olunacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir 

 

  • Paylaş: