Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Respublikanın sürtkü materiallarına olan təlabatının ödənilməsinə dair müzakirələr aparılıb
05.12.2016 17:23
  • A-
  • A
  • A+

Respublikanın sürtkü materiallarına olan təlabatının ödənilməsinə dair müzakirələr aparılıb

Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi AMEA-nın Təcrübə-Sənaye Zavodunda olub. Görüşdə zavod mühəndislərinin iştirakı ilə respublikanın sürtkü materiallarına olan təlabatının ödənilməsinə dair fikir mübadiləsi aparılıb.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev dünyada sürtkü yağlarının ilk dəfə Azərbaycanda istehsal olunduğunu və bu prosesdə Aşqarlar Kimyası İnstitutunun önəmli rol oynadığını bildirib. Akademik son illərdə respublikamızın müxtəlif növ sürtkü yağlarına olan təlabatını ödəmək məqsədilə institut tərəfindən yaradılmış aşqarlar əsasında müxtəlif təyinatlı dizel mühərrikləri üçün bir sıra motor yağları, müxtəlif növ nəqliyyat vasitələri üçün isə transmissiya yağları yaradıldığını, istehsalının sənaye və təcrübi-sənaye miqyasında təşkil edildiyini söyləyib. V.Fərzəliyev Təcrübə-Sənaye Zavodu ilə əməkdaşlığın bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə təkan verəcəyini vurğulayıb.

Sonra Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov çıxış edərək AMEA rəhbərliyinin təşəbbüsü ilə zavodda müasir standartlara uyğun sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriyaların yaradıldığını bildirib. V.Abbasov iki qurum arasında müvafiq istiqamətlərdə əməkdaşlığın respublikanın sürtkü materiallarına olan təlabatının ödənilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: