Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransının bağlanış mərasimi keçirilib
09.12.2016 15:30
  • A-
  • A
  • A+

XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransının bağlanış mərasimi keçirilib

Dekabrın 5-də AMEA-nın Əsas binasında başlayan XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (APCWQIS-2016) dekabrın 9-da öz işini yekunlaşdırıb.

Dörd gün davam edən konfransda Azərbaycan da daxil olmaqla, Sinqapur, Çin, Cənubi Koreya, Rusiya, Ukrayna, İran, Özbəkistan, Belarus, Türkiyə, Pakistan, Çexiya və başqa ölkələrdən olan nümayəndələr kvant informatikasına dair müxtəlif mövzuda məruzələrlə çıxış ediblər.

Konfransın proqramına uyğun olaraq, dekabrın 5-6-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bu müəssisənin direktoru, akademik Rasim Əliquliyevin sədrliyi ilə rusiyalı alim Vladimir Gerdt (Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Dubna)  və Cənubi Koreyalı alim Jaewan Kimin (Korea Qabaqcıl Tədqiqatlar İnstitutu, Seul) gənc mütəxəssislər üçün mühazirələri təşkil olunub. Tədbir çərçivəsində qonaqlar İnformasiya Texnologiyaları İnstitutunda görülən işlər, alimlər üçün yaradılan şəraitlə tanış olublar. 

Konfrasın son günündə poster təqdimatlar nümayiş olunub və onların ətrafında geniş müzakirələr aparılıb.

Bağlanış mərasimində çıxış edən Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov konfrans iştirakçılarına minnətdarlığını bildirib.

Cənubi Koreyalı alim Jaewan Kim isə konfrans çərçivəsində azərbaycanlı gənc tədqiqatçıların elmin yeni sahəsi olan kvant informatikasına böyük maraq göstərməsindən məmnunluq duyduğunu bildirib. O, əməkdaşlığın genişləndirilməsinin zərurziliyini qeyd edib.

Qonaqlar Xalça Muzeyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Şirvanşahlar Sarayını ziyarət ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: