www.science.az
12.12.2016 17:06

Şagirdlər fizika elminə maraq göstərirlər

Xəzər rayonu 324 saylı məktəbin VIII-X sinif  şagirdləri “Fizika aylığı” layihəsi çərçivəsində AMEA-nın Fizika İnstitutunda olublar. Məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda fizika elminə marağın artırılması olub.

Məktəblilər bu elmi müəssisədə görülən işlər, alimlərin fəaliyyəti və İnnovasiya sektorunda quraşdırılan ən müasir cihazlarla tanış olublar. 

İnstitutun əməkdaşları şagirdlərə sektorun fəaliyyəti, institutda əldə olunan mühüm elmi nəticələr və uğurlu yeniliklər barədə məlumat verib, şagirdlərin suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.