Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın “Məruzələr” jurnalının ilk sayı  Mərkəzi Elmi Kitabxanaya təqdim edilib
16.12.2016 11:39
  • A-
  • A
  • A+

AMEA-nın “Məruzələr” jurnalının ilk sayı Mərkəzi Elmi Kitabxanaya təqdim edilib

AMEA-nın “Məruzələr” jurnalının 2016-cı il tarixli ilk sayı Mərkəzi Elmi Kitabxanaya (MEK) təqdim edilib.

Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Nəşrdə AMEA-nın həqiqi, müxbir və xarici üzvlərinin əvvəllər heç yerdə çap olunmayan orijinal elmi tədqiqatlarının nəticələri dərc edilib. Qeyd edək ki, məqalələr ingilis dilində müvafiq ixtisaslar üzrə AMEA-nın həqiqi üzvləri tərəfindən təqdim edilir və onlar cavabdehlik daşıyırlar. Jurnalın bu dəfəki sayına fizika-riyaziyyat və texnika elmləri üzrə 5, kimya elmləri üzrə 5, yer elmləri üzrə 2, biologiya və tibb elmləri üzrə 2, humanitar və ictimai elmlər üzrə isə 3 elmi tədqiqat işi daxil edilib.

“Məruzələr”də faktik məlumatlarla zəngin, konkret nəticəsi  və təklif olunan üsulu prinsipial şəkildə yeni olan “Küyün diferensial normal paylanma funksiyasının hesablanmasının ədədi alqoritmləri”, “Müalicəvi Naftalan neftinin quruluş xüsusiyyətləri”, “Materiyanın azad halının səciyyələri haqqında”, “Multikultralizm etikası – tərəqqi konsepsiyası” adlı məqalələr xüsusi maraq doğurur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: