www.science.az
20.12.2016 12:15

Xalq rəssamı Lətif Kərimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib

Görkəmli Xalq rəssamı, xalçaşünas Lətif Kərimovun şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.

L.Kərimovun nəvəsi Azər Səfərov tərəfindən edilən hədiyyələr muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda saxlanılır. 

Qeyd edək ki, Lətif Kərimovun elmi əsərləri – “Azərbaycan xalçalarında ornament” kitabı və çoxcildli “Azərbaycan xalçası” monoqrafiyası böyük əhəmiyyətə malikdir. Elmi-yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən görkəmli alim 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.