Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA RH Mərkəzi Aparatının Katibliyi və Protokol şöbəsi yaradılıb
05.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA RH Mərkəzi Aparatının Katibliyi və Protokol şöbəsi yaradılıb

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatında idarəetmənin təkmilləşdirilməsi məqsədilə bir sıra struktur islahatları həyata keçirilmişdir. Belə ki, Rəyasət Heyətinin 29 may 2013-cü il tarixli qərarı ilə iki şöbənin statusu artırılaraq onların əsasında idarələr və üç yeni şöbə yaradılmışdır. Eyni zamanda Aspirantura və kadrlar şöbəsinin əsasında Təhsil və kadrlar şöbəsi, Katibliyin əsasında isə Ümumi şöbəyaradılmışdır.

Ötən müddət ərzində islahatlar nəticəsində həm RH Mərkəzi Aparatında, həm də ümumilikdə akademiya sistemində idarəetmə prosesində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmaqdadır. Lakin bununla belə, AMEA Rəyasət Heyəti çoxsaylı tədbirlərin - Rəyasət Heyətinin iclaslarının, mətbuat konfranslarının və s. protokollaşdırılması, etibarlı saxlanması və arxivə təhvil verilməsi zəruriyyəti, bir struktur bölmə qarşısına qoyulan çoxsaylı vəzifə və funksiyaların həddən artıq olması, AMEA-da aparılan islahatlar nəticəsində sənədlər axınının artması, qəbul edilən qərarların, sərəncamların çoxluğunu və s. nəzərə alaraq, Mərkəzi Aparatın Ümumi şöbəsinin ləğv edilməsinə dair qərar qəbul edib. Əvəzində aparıcı struktur bölmə statusunda iki struktur bölmə - Katiblik və Protokol şöbəsi yaradılıb. AMEA Rəyasət Heyəti Katibliyinin və Protokol şöbəsinin Əsasnamələri təsdiq olunub.

Digər bir qərarla Katibliyin rəisi vəzifəsinə Rasimə Hüseynova, Protokol şöbəsinin rəisi isə Sevinc Həsənova təsdiq ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: