www.science.az
22.12.2016 09:10

AMEA-nın Gəncə Bölməsində “Xalq təqvimi” tərtib olunub

AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin əməkdaşları tərəfindən “Xalq təqvimi” tərtib olunub.

Bölmədən aldığımız məlumata görə, uzun illərdir Ədəbiyyat şöbəsinin əməkdaşları tərəfindən müxtəlif rayonlarda, kəndlərdə yaşayan yaşlı insanlardan Gəncəbasar bölgəsinin şifahi xalq ədəbiyyatı nümunələri toplanılır. Bəzi folklor materiallarında xalqın fəsillərə, aylara verdiyi adlar, ayrı-ayrı bayramlar, eləcə də bayram axşamlarında açılan süfrə və bişirilən xörəklər, şirniyyatlar, hazırlanan şərbətlər haqqında geniş məlumat verilir. Bölmənin əməkdaşları unudulmaqda olan bu cür ayları və el bayramlarını ardıcıllıqla sıralayaraq “Xalq təqvimi” tərtib ediblər.

Təqvimə əsasən bu gün ölkəmizə böyük çillə, yəni qış fəsli daxil olub. Bu gün həm də ən uzun gecə sayılır. Kəskin şaxtaların başlaması, suların donması, eləcə də uzun qış gecələri ilə müşahidə olunan böyük çillə 40 gündən sonra yerini kiçik çilləyə verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.