www.science.az
22.12.2016 12:18

AMEA-nın Fizika İnstitutu Türkmənistanın Fizika-riyaziyyat İnstitutu ilə əməkdaşlıq edəcək

Türkmənistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Meret Aşırbayev AMEA-nın Fizika İnstitutunda olub. Qonaq ilk olaraq institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb. 

Görüşdə Türkmənistanın Fizika-riyaziyyat İnstitutu ilə AMEA-nın Fizika İnstitutunun birgə əməkdaşlıq etməsi qərara alınıb.

Daha sonra qonaq bu müəssisənin İnnovasiya sektorunda quraşdırılan avadanlıqlar və alimlər üçün yaradılan şəraitlə tanış olub.

Görüşdə institutun elmi işlər üzrə direktor müavini, akademik  Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov və Meksika Muxtar İnstitutunun professoru Natiq Atakişiyev da iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.