Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın İkinci xüsusi şöbəsi FHN-in Mülki Müdafiə Qoşunlarının Fəxri Fərmanı ilə təltif olunub
23.12.2016 15:10
  • A-
  • A
  • A+

AMEA-nın İkinci xüsusi şöbəsi FHN-in Mülki Müdafiə Qoşunlarının Fəxri Fərmanı ilə təltif olunub

Məlum olduğu kimi, AMEA-nın elmi müəssisə və təşkilatlarında mülki müdafiə işləri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Mülki Müdafiə haqqında” Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli qərarının və mülki müdafiə (MM) sahəsində digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun təşkil edilir.

Bu məqsədlə 2016-cı ilin tədbirlər planına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının MM qərargah rəisləri ilə birgə yekun toplantı keçirilib. Bildirilib ki, cari ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında elmi işçilərin mülki müdafiəyə hazırlığına, əməkdaşların ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə, MM sahəsində maarifləndirmə işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Elmi müəssisə və təşkilatlarda mülki müdafiə tədbirlər planına əsasən fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları ilə əlaqədar rəhbər heyətin MM məşqləri, xəbərdarlıq və toplanış tədbirləri keçirilib. Məşqlər zamanı rəhbər və komandir-rəis heyətlərinin, hərbiləşdirilməmiş dəstələrin mülki müdafiəyə hazırlanması bir daha nəzərdən keçirilib, mövcud nöqsanların aradan qaldırılması üçün göstərişlər verilib.

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsinin 2016-cı il üçün iş planına və MM tədbirlər planına əsasən AMEA-nın 33 elmi müəssisə və təşkilatında MM əmlakının və fərdi mühafizə vasitələrinin istifadəyə yararlılığı, saxlama qaydalarına düzgün riayət edilməsi kimi məsələlər yoxlanılıb. Məşqlər İkinci xüsusi şöbənin əməkdaşları tərəfindən həmin elmi müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə mütəşəkkil və metodikaya uyğun keçirilib.

Təşkilati və metodiki baxımdan ən yüksək səviyyədə rəhbər heyətin məşqi İdarəetmə Sistemləri, Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, Botanika, Şərqşünaslıq institutlarında, eləcə də Mərkəzi Elmi Kitabxana və Şamaxı Astrofizika Rəsədxanasında keçirilib.

Cari ildə AMEA-nın tədbirlər planına uyğun olaraq bir sıra elmi müəssisələrin qərargah rəisləri - Eldar Əsədov (Genetik Ehtiyatlar İnstitutu), Taleh Məmmədov (Radiasiya Problemləri İnstitutu), Niyaməddin Usubov (Riyaziyyat və Mexanika İnstitutu) və Xaliq Həsənov (İnformasiya Texnologiyaları İnstitutu) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin MM qoşunlarının mərkəzi mülki müdafiə kurslarında hazırlıq keçərək vəsiqə alıblar.

FHN-in Mülki Müdafiə Qoşunlarının dekabrın 8-də keçirilən yekun toplantısında AMEA-nın İkinci xüsusi şöbəsi 2016-cı ildə mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətinə və əldə etdiyi nailiyyətlərə görə nazirliyin Mülki Müdafiə Qoşunlarının Fəxri Fərmanı ilə təltif olunub.

Mükafat nazirliyin MMQ Mülki müdafiə idarəsinin rəisi, polkovnik Vüsal Tahirov və rəis müavini, polkovnik Qüdrət Ağayev tərəfindən İkinci xüsusi şöbənin rəisi Eldar Quliyevə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: