Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türk dillərində feilin feili bağlama formaları sistemi (müqayisəli-tarixi aspektdə)” adlı kitab rus dilində çapdan çıxıb
26.12.2016 09:25
  • A-
  • A
  • A+

“Türk dillərində feilin feili bağlama formaları sistemi (müqayisəli-tarixi aspektdə)” adlı kitab rus dilində çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Türk dillərində feilin feili bağlama formaları sistemi (müqayisəli-tarixi aspektdə)" adlı növbəti kitabı rus dilində çapdan çıxıb.

Monoqrafiya müasir türk dillərində və onların dialektlərində feili bağlama formaları sisteminin müqayisəli-tarixi təhlilinə həsr olunub.

Nəşrdə feilin feili bağlama formalarının əsas anlayışları, terminləri göstərilir. Türk dillərində feili bağlamaların dəyişilməzliyi barədə məsələlər və onların təsnifat prinsipləri təhlil edilir. Müəllif həmçinin feili bağlama formalarının şəxs, mənsubiyyət şəkilçilərini qəbul etməsi probleminə toxunur.

Bundan əlavə, monoqrafiyada müasir türk dillərində və onların dialektlərində feili bağlama formalarının leksik-semantik mahiyyəti, birincili və ikincili morfoloji əlamətləri təhlil edilir.

Kitabda müasir türk dillərində hər bir feili bağlama formasının tarixi inkişaf gedişi izlənilir. Burada bu və ya başqa formanın yayılma dərəcəsi konkret misallarla müəyyənləşdirilir. Eyni zamanda, feili bağlamaların ismin müxtəlif halları ilə idarə olunması xüsusiyyətlərinin əhatəli təhlili aparılır və feili bağlama şəkilçilərinin etimologiyası ətraflı araşdırılır.

Monoqrafiya filoloqlar və şərqşünas-türkoloqlar üçün tövsiyə olunur. Kitab dərs vəsaiti kimi də istifadə oluna bilər.

Nəşrin redaktoru mərhum akademik Tofiq Hacıyev, rəyçiləri fil.ü.e.d., prof. Məsud Mahmudov və fil.ü.e.d., prof. Vilayət Əliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: