www.science.az
26.12.2016 12:30

AMEA-da tanınmış dialektoloq alim Zirəddin Xasıyevin 80 illik yubileyinə həsr olunan tədbir keçiriləcək

Dekabrın 28-i saat 11:00-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda tanınmış dialektoloq alim Zirəddin Xasıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Tədbirdə alimin həyat və fəaliyyəti ilə yanaşı, Azərbaycan dialektologiya elminin inkişafındakı xidmətlərindən bəhs ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir