Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycana aid 100-dən artıq əlyazma Praqa Milli Kitabxanasında mühafizə edilir
29.12.2016 15:22
  • A-
  • A
  • A+

Azərbaycana aid 100-dən artıq əlyazma Praqa Milli Kitabxanasında mühafizə edilir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fil.ü.f.d Əkrəm Bağırov və M.F.Axundzadə adına Milli Kitabxananın Nadir kitablar şöbəsinin müdiri Gülsəidə Abdullayeva Azərbaycanla bağlı olan əlyazma nüsxələrini üzə çıxarmaq məqsədi ilə Çexiya Respublikasının Milli Kitabxanasında olublar. Səfər AMEA-nın və M.F.Axundzadə adına Milli Kitabxananın təşkilatçılığı ilə baş tutub.

Azərbaycanlı alimlərin Praqa Milli Kitabxanasında apardıqları araşdırmalar nəticəsində müəyyən edilib ki, burada Azərbaycan ədəbiyyatı, tarixi və coğrafiyasına aid 100-dən artıq əlyazma mühafizə edilir. Kitabxanada Nizami, Füzuli, Nəsimi, Şeyx Səfiəddin Ərdəbilli, Nəsrəddin Tusi və başqalarının nəfis və miniatürlərlə bəzədilmiş əlyazmaları saxlanılır. Əlyazmaların elmi-paleoqrafik təsvirləri, həmçinin maraq doğuran rəsm və miniatürlərin fotoşəkilləri, ərəb, fars və türk dillərində olan əlyazmaların kataloqu gələcəkdə çap edilməsi üçün ölkəmizə gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: