Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dünya azərbaycanlılarının həmrəyliyi milli birliyimizin möhkəmlənməsində mühüm amildir
30.12.2016 10:33
  • A-
  • A
  • A+

Dünya azərbaycanlılarının həmrəyliyi milli birliyimizin möhkəmlənməsində mühüm amildir

AMEA Naxçıvan Bölməsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev həmrəylik gününün əhəmiyyətindən danışıb, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu söyləyib. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələrindən söz açan İ.Hacıyev ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. 

Sonra Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov “Dünya Azərbaycanlılarının həmrəyliyi milli birliyin möhkəmləndirilməsi yolunda mühüm amildir” mövzusunda məruzə edib.

Daha sonra bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel TalıbovTarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərliİncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev mövzu ətrafında çıxış ediblər.

Tədbirin sonunda akademik İsmayıl Hacıyev bayram münasibəti ilə kollektivi təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: