www.science.az
05.01.2017 15:53

AMEA-da təbiətşünaslığın tarixinə dair oçerklər hazırlanacaq

Təbiət elmlərinin tarixinin araşdırılması, bu elmlərin Azərbaycanda təşəkkülünün və inkişaf mərhələlərinin öyrənilməsi, həmçinin yetişməkdə olan gənc nəsildə elmi dünyagörüşün formalaşdırılması məqsədilə AMEA-nın Elm Tarixi İnstitutu tərəfindən təbiətşünaslığın tarixinə dair beş buraxılışdan ibarət oçerklər hazırlanacaq. Oçerklər Fizika, Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası, Polimer Materialları, Coğrafiya institutları, həmçinin Şamaxı Astrofizika Rəsədxanası və digər müvafiq institutlarla birgə hazırlanacaq.

Fizikanın yaxın keçmişinə, astronomiyanın, kimyanın, coğrafiyanın, biologiyanın tarixinə dair oçerklər AMEA-nın prezidenti, akademik Akif Əlizadənin redaktəsi ilə "Elm" nəşriyyatında  çap olunacaq.

Oçerklərin hazırlanması ilə bağlı işlərin gedişatı AMEA-nın Elm Tarixi İnstitutunun Elmi şurasında müzakirə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.