Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dilçilik İnstitutunun əsərləri”  jurnalının  yeni sayı işıq üzü görüb
09.01.2017 13:57
  • A-
  • A
  • A+

“Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni sayı işıq üzü görüb

Dilçilik elminin tanıdılmasında mühüm rol oynayan "Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni sayı dərc olunub.  Jurnalın bu nömrəsində “Dil tarixi və dialektologiya”, “Azərbaycan dili və terminologiya”, “Nəzəri dilçilik”, “Türk dilləri”nə aid  məqalələr yer alıb.

Nəşrin baş redaktoru Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, buraxılışa məsul şəxs isə institutun elmi işçisi Vəfa İbadovadır.

Jurnalın “Dil tarixi və dialektologiya” bölməsində M.Nağısoylunun “Orta əsrlər Azərbaycan lüğətçiliyinə bir baxış” məqaləsində Azərbaycan lüğətçiliyinin ilk nümunələrindən bəhs edilir. Jurnalda, həmçinin dosent Təranə Şükürlünün  “Birinci Türkoloji Qurultay – Türk xalqlarının elmi-mədəni birliyinə ortaq milli-mənəvi dəyərlərinin inkişafına geniş üfüqlər açan əlamətdar hadisə”, “Məmməd Cəfərzadə -Azərbaycan dili sintaksisinin yorulmaz tədqiqatçısı” adlı  məqalələri dərc olunub. Məqalələrdə türk dillərinə aid araşdırmalar  öz əksini tapıb.

Filologiya elmləri doktoru Mayıl Əsgərovun “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı məqaləsində multikulturalizim Azərbaycan xalqının mənəvi dəyərlərinin tərkib hissəsi kimi dəyərləndirilib.

Jurnalda Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqovanın “Möhsün Nağısoylu - 70”,  filologiya elmləri doktoru İsmayıl Məmmədlinin “Tofiq Hacıyev - 80”, filologiya elmləri doktoru Nəriman Seyidəliyevin “ İsmayıl Məmmədli - 70” adlı məqalələri də oxuculara təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: