www.science.az
09.01.2017 15:03

Doktoranturaya ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib

Yanvarın 9-da AMEA-nın İqtisadiyyat İnstitutunda müvafiq ixtisas fənlərindən fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına iqtisadiyyat üzrə elmlər doktorları, professorlar Tərbiz Əliyev, Dünyamalı Vəliyev, Fuad Qənbərov, iqtisadiyyat üzrə fəlsəfə doktorları Allahyar Muradov və Rəsmiyyə Abdullayeva daxildirlər.

İmtahanda doktoranturaya sənəd verən 8 nəfər iştirak edib. İmtahanın nəticəsinə əsasən iştirakçıların hamısı növbəti mərhələyə keçib. Bundan sonra onlar xarici dildən və fəlsəfədən imtahan verəcəklər. Ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq.

Xatırladaq ki, 2016-2017-cı tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə İqtisadiyyat İnstitutuna doktoranturaya qəbul üzrə 6 yer ayrılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.