Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft-Kimya Prosesləri İnstitutunda doktoranturaya qəbul və magistratura pilləsi üzrə ixtisas fənlərindən imtahan keçirilib
09.01.2017 16:14
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda doktoranturaya qəbul və magistratura pilləsi üzrə ixtisas fənlərindən imtahan keçirilib

Yanvarın 9-da akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda doktoranturaya qəbul və magistratura pilləsi üzrə ixtisas fənlərindən qış imtahan sessiyası keçirilib.

Doktoranturaya qəbul imtahanında 3 ixtisas üzrə ayrılmış 3 yerə sənəd verən 4 nəfər iştirak edib. İmtahanın nəticəsinə əsasən iştirakçıların hamısı növbəti mərhələyə keçiblər.

I kurs magistrləri isə Neft-kimyasında müasir fiziki tədqiqat metodları fənnindən imtahan veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: