www.science.az
12.01.2017 12:27

Qafqazşünasların I Beynəlxalq Forumu keçiriləcək

AMEA-nın Qafqazşünaslıq İnstitutu Qafqazşünasların I Beynəlxalq Forumunu keçirir. Forumda əsasən aşağıdakı məsələlər müzakirə olunacaq:

- Qafqaz ölkələrinin sosial-iqtisadi və siyasi vəziyyəti;

- Qafqazın geosiyasəti;

- Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri;

- Böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyasəti;

- Qafqazda münaqişələr.

Forumda iştirak etmək istəyənlər tezis və məruzələrini Azərbaycan, rus və ya ingilis dillərində   caucasus.forum@mail.ru və info@institutecaucasusstudies.org e-mail ünvanlarına göndərə bilərlər:           

Tezislərin  hazırlanması və göndərilməsi:

- 300 kəlmədən çox olmamalı, Microsoft Word A4 ölçüdə, Times New Roman, 12 şrift, 1 intervalla, soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm, abzaslar 1.15 sm. parametrlərinə uyğun olmalıdır;

- Müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə yazılmalıdır;

- Mətnlər 5 fevral  2017-ci il tarixinə qədər göndərilməlidir;

- Tezislər, alimlərin daxil olduğu heyət tərəfindən Forumun mövzusuna uyğunluğu, elmi aktuallığı və orijinallığı baxımından seçiləcək. Müəlliflər 20 fevral 2017-ci il tarixinə qədər  məlumatlandırılacaqlar.

Məruzə mətnlərinin hazırlanması və göndərilməsi:

- Microsoft Word A4 ölçüdə 7-10 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;

- Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;

- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır;

- Məruzənin adından sonra tezisi də əlavə edilməklə, Azərbaycan, ingilis və rus dillərində açar sözlər, giriş, əsas mətn, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı yazılmalıdır;

- Məruzənin sonunda Azərbaycan, ingilis və ya rus dillərində qısa xülasə verilməli, xülasədə məruzənin adı da qeyd edilməlidir;

- Müəllifin istifadə etdiyi mənbələr “İstifadə edilən ədəbiyyat siyahısı” başlığı altında əlifba sırası ilə verilməli və mətndə ona uyğun kodlaşdırma aparılmalıdır;

- Rəsmlər, tablolar və qrafiklər olarsa, ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir;

- PowerPoint-dən istifadə edənlərdən əvvəlcədən məlumat vermələri xahiş olunur.

Məruzələrin son təqdimetmə müddəti 10 mart 2017-ci il tarixinə qədərdir. Göstərilən tarixədək məruzələri təqdim etməyənlər foruma dəvət olunmayacaqlar.

Forum 10-13 aprel 2017-ci il tarixlərində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.

Təşkilat komitəsi: AMEA Qafqazşünaslıq İnstitutu. Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 446-cı otaq;

Əlaqə nömrəsi: (+994 12) 539 89 55;

E-mail: caucasus.forum@mail.ru;  info@institutecaucasusstudies.org

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.