Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnteraktiv açıq dərsdə Günəş sisteminin iri cisimlərindən bəhs edilib
26.01.2017 11:17
  • A-
  • A
  • A+

İnteraktiv açıq dərsdə Günəş sisteminin iri cisimlərindən bəhs edilib

“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA-nın Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv açıq dərs təşkil olunub.

Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin apardığı açıq dərsdə Günəş və planetlər barədə şagirdlərə ətraflı məlumat verilib.

“Günəş sisteminin iri cisimləri: planetlər” mövzusunda keçirilən dərsdə Günəşin radiusu, kütləsi, sıxlığı, kimyəvi tərkibi, temperaturu və cazibə sahəsindən danışılıb. Qulu Həziyev bildirib ki, planetlər və onların peykləri, asteroidlər və kometalar Günəş sistemini təşkil edirlər. Merkuri, Venera, Yer, Mars, Yuputer, Saturn, Uran, Neptun haqqında və planetlərin peykləri barədə də şagirdlərə məlumat verilib. Qeyd olunub ki, Yer kürəsi Günəş ətrafında dövr edən səkkiz planetdən biridir.

Bildirilib ki, Merkuri və Vereradan başqa bütün planetlərin təbii peykləri var. Peyklər də planetlərin ətrafında dövr edirlər. Ən çox peykə malik olan planet isə Yupiterdir. Onun 16 böyük təbii peyki vardır.

Dərsdə Merkuri, Venera, Yer və Mars planetlərinin fiziki və kimyəvi xüsusiyyətlərinin oxşarlığı diqqətə çatdırılıb. Qeyd edilib ki, onlar eyni bir qrupa daxil edilərək Yer qrupu planetləri kimi adlandırılıblar. Bu qrupa daxil olan planetlər öz oxları ətrafında nisbətən asta sürətlə fırlanır və onların təbii peyklərinin sayı az olur. Yuputer, Saturn, Uran və Neptun isə nəhəng planetlər qrupuna daxildirlər. Nəhəng planetlərin hamısı ancaq qaz halında olan maddələrdən ibarətdir və bu planetlərin fırlanma sürəti yüksək olmaqla yanaşı, onların təbii peyklərinin də sayı çoxdur.

Vurğulanıb ki, Günəş sistemi barədə müəyyən biliklərə malik olmağımıza baxmayaraq, hələ də öyrənilməyən sahələr vardır.

Qeyd edək ki, açıq dərs muxtar respublikanın 200 ümumtəhsil məktəbində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: