Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Edam vaxtını dəyişmək olmaz” adlı hekayələr kitabı çapdan çıxıb
30.01.2017 15:31
  • A-
  • A
  • A+

“Edam vaxtını dəyişmək olmaz” adlı hekayələr kitabı çapdan çıxıb

Tanınmış yazıçı və ədəbiyyatşünas, akademik Kamal Abdullanın “Edam vaxtını dəyişmək olmaz” adlı hekayələr kitabı işıq üzü görüb.

Yeni kitabda müəllifin çap olunmuş və çap olunmamış hekayələri yer alıb. Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə, müəllifin bütün bədii yaradıcılığından keçir.

Kitabda Kamal Abdullanın “Qar”, “Uçuş”, “Adaşlar”, “Platon, deyəsən, xəstələnib”, “Sirri-zəmanə”, “Mağara”, “Korneliusun ölümü”, “Mənə uçmağı öyrət”, “Kölgə”, “Göyəzən dağının ilahəsi”, “Sağlıq”, “Edam vaxtını dəyişmək olmaz”, “Səsimdən yapış”, "Hacı Mir Həsən ağa Səyyah” hekayələri yer alıb.

Nəşrin redaktoru Əliş Mirzallı, “Ön söz”ün müəllifi isə tanınmış teatrşünas, tənqidçi Aydın Talıbzadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: