Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Maddi-mədəniyyət nümunələrimizin qorunmasında muzeylər mühüm rol oynayır
13.02.2017 16:30
  • A-
  • A
  • A+

Maddi-mədəniyyət nümunələrimizin qorunmasında muzeylər mühüm rol oynayır

AMEA Naxçıvan BölməsiniBioresurslarTəbii Ehtiyatlar institutları və Batabat Astrofizika Rəsədxanasının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər.

Bölmə əməkdaşlarına muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin ekspozisiyasında Naxçıvanın qədim dövründən bu günədək olan tarixini özündə əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş olunur. Bu eksponatlar bölgənin müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilib.

Diqqətə çatdırılıb ki, muzeyin ekspozisiyası üçün tarixi əhəmiyyət kəsb edən dəyərli materialların toplanması işi davam etdirilir. Maddi-mədəniyyət irsimizin qorunmasında və təbliğində muxtar respublika sakinləri də fəallıq göstərir, əldə etdikləri arxeoloji materialları muzeyə təhvil verirlər.

Qeyd olunub ki, mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, eyni zamanda tariximizin hərtərəfli öyrənilməsində muzeylərin xüsusi rolu vardır. Bildirilib ki, muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəbləri bu mədəniyyət ocağı ilə sıx əməkdaşlıq edirlər. Muzeydə elmi-tədqiqat işləri də aparılır.

Naxçıvan Dövlət Tarix Muzeyi ilə yaxından tanış olan bölmə əməkdaşları muzeyin kollektivinə minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: