www.science.az
24.02.2017 10:19

Bu ilin ilk Günəş tutulması fevralın 26-da baş verəcək

Bu ilin ilk Günəş tutulması hadisəsi fevralın 26-da baş verəcək.

riafan.ru saytı xəbər verir ki, dairəvi Günəş tutulması günorta saatlarında başlayacaq. Yerdən Ay səthinin arxasında gizlənəcək Günəşin yalnız nazık dairə şəklində olan az bir hissəsi görünəcək.

Bu ecazkar səma hadisəsini Cənubi və Qərbi Afrika, Cənubi Amerika, Antarktida sakinləri müşahidə edə biləcəklər.