Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2017 13:39
  • A-
  • A
  • A+

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə Elmi Şuranın sədr müavini, akademik İradə Hüseynova gündəlikdə duran məsələlər barədə məlumat verib. Alim elmi-tədqiqat işlərinin planlaşdırılması, strukturunun qurulması, o cümlədən ümumi istiqamətin müəyyənləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. O, dissertasiya mövzularının seksiyalarda ixtisasçı alimlər tərəfindən hərtərəfli müzakirə olunmasının vacibliyini qeyd edib.

Sonra uyğun seksiyalar üzrə doktorant və dissertantların mövzularının geniş müzakirəsi aparılıb.

İclasda molekulyar biologiya ixtisası üzrə 1 doktorluq və 1 fəlsəfə doktoru, biokimya ixtisası üzrə 3 doktorluq, botanika ixtisası üzrə 2 doktorluq və 7 fəlsəfə doktoru, zoologiya ixtisası üzrə 1 doktorluq  və 1 fəlsəfə doktoru, fiziologiya ixtisası üzrə 2 elmlər doktoru və 3 fəlsəfə doktoru, biofizika ixtisası üzrə 1 elmlər doktoru və mikologiya üzrə 1 fəlsəfə doktoru dissertasiya mövzusu müzakirə olunub və  uyğun dəyişikliklər edilib. Müraciət edənlərə tədqiqatlarını düzgün formalaşdırmaları üçün müvafiq tövsiyələr verilib. 

Sonda İ.Hüseynova Fiziki-Kimyəvi Biologiya, Botanika, Zoologiya, Fiziologiya və Biomüxtəlifliyin Genetik Ehtiyatları seksiyalarının rəhbərlərinə elmi-tədqiqat işlərinin mövzularına diqqət yetirmələrini və seksiyalarda daha ciddi müzakirələr aparmağı tövsiyyə edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: