Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan Milli Elmlər Akademiyası “Magistr-2017” müsabiqəsini  elan edir
21.02.2017 10:23
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyası “Magistr-2017” müsabiqəsini elan edir

Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən “Magistr-2017” müsabiqəsi elan olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.

Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

I yer   – 1500 manat;

II yer  – 1000 manat;

III yer – 500 manat.

Müsabiqədə iştirak etmək üçün magistrantlar Ərizə formasını müəyyən olunmuş qaydada doldurub (ərizələr müvafiq institutun təhsil şöbəsinin rəhbəri və elmi katibi tərəfindən təsdiq olunmalıdır) təhsil aldığı institutun direktorunun müşayiət məktubu ilə birlikdə 2017-ci il aprelin 15-dək AMEA Elm və Təhsil İdarəsinin Magistratura Şöbəsinə təqdim etməlidirlər.

Diqqət! İştirakçı ərizələri 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır. Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş saxlanılır. Ərizələr elektron (yaddaş diskində) formada və kağız üzərində təqdim olunmalıdır.

Ünvan: AZ1143, Bakı ş., H.Cavid pr., 31, Akademiya şəhərciyi;

Tel.: (+994 12) 537 23 97;

E-mail: eti@science.az (elektron məktubda mövzu yerində “Magistr-2017 müsabiqəsi üçün” qeyd olunmalıdır).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: