Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

ABŞ-ın “Natural History” jurnalında Bilgəh zəfəranı barədə məqalə dərc edilib
21.02.2017 14:34
  • A-
  • A
  • A+

ABŞ-ın “Natural History” jurnalında Bilgəh zəfəranı barədə məqalə dərc edilib

ABŞ-ın məşhur elmi-publisistik jurnalı “Natural History” (Təbiət tarixi) Bilgəh zəfəranı barədə geniş məqalə dərc edib. “Saffron” (Zəfəran) sərlövhəli material dünyada geniş miqyasda oxunan jurnalın fevral ayı nömrəsində işıq üzü görüb. Məqalənin müəllifi AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynovdur.

Yazıda Azərbaycanın 100 ildən çox yaşı olan zəfəran əkinçiliyi mədəniyyəti, əsasən Bilgəhdə yetişdirilən bu bitkinin faydaları və ondan təbabətdə istifadə qaydaları haqqında geniş məlumat verilir. Əkin prosesi çətin olmayan və böyük qayğı tələb etməyən yerli zəfəranın keyfiyyəti, ciyər, göz, mədəaltı vəzi, ürək-damar sistemi, böyrək və digər bədən orqanlarının xəstəliklərinə qarşı müalicəvi effekti məqalədə ətraflı təsvir olunur. 

Müəllif Azərbaycandan əlavə, digər ölkələrin alimlərinin zəfəranla bağlı tədqiqatlarının elmi jurnallarda dərc olunmuş nəticələrini 9 ay araşdırdıqdan sonra topladığı məlumatları məqalə halında “Natural History”yə təqdim edib. Jurnalın 4 səhifəsini təşkil edən materialda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Tofiq Qaragözov və Meksikanın Milli Pediatriya İnstitutunun Eksperimental onkologiya laboratoriyasının azərbaycanlı rəhbəri, biologiya elmləri doktoru Fikrət Abdullayevin çoxillik tədqiqatlarının nəticələri xüsusi ilə geniş yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: