Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.02.2017 16:18
  • A-
  • A
  • A+

Fizika İnstitutunda keçirilən seminarda dünyanın nüfuzlu elmi bazaları barədə məlumat verilib

Fizika İnstitutunda keçirilən seminarda dünyanın nüfuzlu elmi bazaları barədə məlumat verilib

“Thomson Reuters” Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə AMEA-nın Fizika İnstitutunda keçirilən seminarda “İnformasiya resursları. Elmi tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda A.Babazadə bu elmi bazadan istifadə yolları, müasir dövrdə elmi jurnalların beynəlxalq tələblər səviyyəsində idarə edilməsi, habelə bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları barədə məlumat verib. O, “Thomson Reuters”-in dünyada ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi olduğunu bildirib.

2016-cı ilin oktyabr ayında AMEA ilə “Thomson Reuters” təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən söz açan məruzəçi bildirib ki, birgə əməkdaşlıq çərçivəsində AMEA-nın institut və təşkilatları “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə ediblər.

Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: