Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub
22.02.2017 09:22
  • A-
  • A
  • A+

Görkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub

Azərbaycan elminin arxeologiya, etnoqrafiya və coğrafiya sahələrinin inkişafına, eləcə də maddi və mənəvi mədəniyyətimizin öyrənilməsinə böyük töhfələr vermiş görkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub.

Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr olunan kitabın müəllifləri AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva, arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə, bu şöbənin kiçik elmi işçisi Emin Məmmədovdur.

Nəşrin elmi redaktoru isə muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

Kitab-albom Davud bəy Şərifovun həyat və elmi yaradıcılığına həsr olunmuş xüsusi bölmələrdən, eləcə də fototəsvirlərdən ibarətdir. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr AMEA-nın, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və muzeyin elmi arxiv sənədlərindən istifadə olunmaqla ərsəyə gətirilib.

Qeyd edək ki, XX əsrin 20-ci illərində Azərbaycanda muzey işinin təşəkkülü və inkişafına verdiyi dəstək Davud bəy Şərifovun ən böyük xidmətlərindən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: