Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Riyaziyyat və Mexanika İnstitutunda məktəblilər üçün riyaziyyatdan elmi-populyar mühazirələr keçiriləcək
22.02.2017 10:35
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda məktəblilər üçün riyaziyyatdan elmi-populyar mühazirələr keçiriləcək

AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarların keçirilməsinə başlanılır. İlk mühazirə bu gün saat 15:30-da baş tutacaq.

Məqsəd şagirdlərin riyaziyyata marağının artırılması, istedadlı uşaqların vaxtında aşkarlanıb seçilməsi və onların riyazi biliklərə daha dərindən yiyələnməsidir.

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları tərəfindən aparılacaq seminar və mühazirələrdə orta məktəb şagirdləri və müəllimlər iştirak edə bilərlər.

Ünvan: Bakı ş., B.Vahabzadə küç., 9;

Telefon: (+ 994 12) 539 39 24;

Mob: (+994 55) 700 92 67;

E-mail: rmi@imm.az, vidadimirzoyev@gmail.com

©  Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: