www.science.az
27.02.2017 12:28

Cəbrayılın Cocuq Mərcanlı kənd məktəbinin şagirdləri Tarix Muzeyində olublar

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri üçün “Azərbaycan etnoqrafiyası” mövzusunda “açıq dərs” keçirilib.

Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində təşkil olunub.

Muzeyin etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulova şagirdlərə burada mühafizə olunan əsərlər və Azərbaycan etnoqrafiyası barədə məlumat verib.

Sonra məktəblilər muzeyin ekspozisiya zalları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.