Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın bölmələri üzrə doktorantların dissertasiya mövzuları təsdiq edildi

AMEA-nın bölmələri üzrə doktorantların dissertasiya mövzuları təsdiq edildi

AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında AMEA-nın Yer Elmləri Bölməsi (YEB), Aqrar Elmlər Bölməsi (AEB), Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani (3 il) və qiyabi (4 il) təhsil üzrə qəbulu və onların dissertasiya mövzularının təsdiqi məsələsi müzakirə olundu.

Qeyd edək ki, Yer Elmləri Bölməsinin elmi müəssisə və təşkilatlarına 24, Aqrar Elmlər Bölməsinə 11, Biologiya və Tibb Elmləri Bölməsinə 17 yer ayrılıb. Ümumilikdə isə AMEA-nın elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru hazırlığı üzrə 2013-cü il üçün 205 yer (o cümlədən 126 əyani, 79 qiyabi) müəyyən olunub.

Tədbirdə doktorantların dissertasiya mövzuları müzakirə edilərək fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: