Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Macarıstan günləri" çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müxtəlif tədbirlər keçiriləcək
28.02.2017 14:21
  • A-
  • A
  • A+

"Macarıstan günləri" çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müxtəlif tədbirlər keçiriləcək

16-17 mart 2017-ci il tarixlərində Bakıda "Macarıstan günləri" keçiriləcək.

Tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, Macarıstan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi, Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutacaq.

"Macarıstan günləri" çərçivəsində martın 16-da saat 11:00-da Mərkəzi Elmi Kitabxanada macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olacaq. Martın 17-si saat 11:00-da isə kitabxanada Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyevin Bəkir Sıtkı Çobanzadənin xatirəsinə həsr olunan mühazirəsi dinləniləcək. Bundan əlavə, tanınmış macar türkoloqu professor Georq Hazainin şəxsi kitab kolleksiyasının təqdimatı keçiriləcək, 2000-2014-cü illərdə Macarıstanın müxtəlif ölkələrdə səfiri olmuş, Macar Xalq İncəsənəti Yaradıcılıq Mərkəzinin baş direktoru, professor Janos Hovarinin Osmanlı tarixçəsi ilə bağlı mühazirəsi dinləniləcək.

Tədbirlər barədə əlavə məlumat:

Tel: (+994 70) 736 11 44;

E-mail: mubariz2011@hotmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: