Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

İnformasiya Texnologiyaları İnstitutunda “Tədqiqatını işıqlandır” adlı müsabiqə keçiriləcək
01.03.2017 14:30
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda “Tədqiqatını işıqlandır” adlı müsabiqə keçiriləcək

EaP Connect layihəsi elmi tədqiqatçılara beynəlxalq miqyaslı elm və təhsil  şəbəkələrindən faydalanmaq imkanı verir.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda EaP Connect layihəsi çərçivəsində “Tədqiqatını işıqlandır” (“Enligthen Your Research”) adlı müsabiqə keçiriləcək.

Müsabiqəyə yüksəksürətli İnternet şəbəkəsinə çıxış, hesablama və yaddaş resursları tələb edən elmi-tədqiqat işləri qəbul olunur. Tədqiqatçılar bu müsabiqəyə qoşulmaqla institutun təqdim etdiyi qabaqcıl şəbəkə texnologiyalarından ödənişsiz şəkildə yararlana biləcək. Bütün tədqiqat qruplarına şamil olunan müsabiqə tədqiqat prosesində digər ölkələrin əməkdaşları və ya respublikanın hər hansı bir bölgəsi ilə birgə fəaliyyət zamanı şəbəkə ilə bağlı tələbatın ödənilməsi məqsədilə yüksək şəbəkə xidmətlərindən ödənişsiz istifadə üçün şərait yaradır.

Birinci mərhələdə qalib gələn tədqiqatçı ikinci mərhələdə iştirak etmək hüququ əldə edəcək. Növbəti mərhələdə qalib gələn hər bir tədqiqatçı isə 1 il müddətində yüksəksürətli İnternet şəbəkəsi, hesablama və yaddaş resurslarından  istifadə etmək hüququ qazanacaq. Həmçinin qalib layihə 27-28 sentyabr 2017-ci ildə Belarusun paytaxtı Minsk şəhərində EaP Connect-in təşkilatçılığı ilə keçiriləcək “Şərq Tərəfdaşlığı E-İnfrastruktur Konfransı"nda iştirak etmək imkanı əldə edəcək.

EYR@EaP 2017 vasitəsilə təqdim edilən müsabiqəyə aşağıdakı infrastruktur xidmətləri və resursları daxildir:

• Şəbəkə xidmətləri

• Cloud resursları

• Aşağıdakı təşkilatların resurslarına çıxış imkanı:

- Avropada Qabaqcıl Hesablama üzrə Tərəfdaşlıq PRACE (The Partnership for Advanced Computing in Europe)

- Hollandiya milli yüksək performanslı hesablama və e-elm dəstək mərkəzi SURFsara (Dutch national high-performance computing and e-science support center)

- Avropada Tədqiqat üçün Açıq Çıxış İnfrastrukturu OpenAIRE (Open Access Infrastructure for Research in Europe)

Mühüm tarixlər:

Müsabiqənin ilkin mərhələsinin elanı – 7 fevral 2017-ci il

Müraciət üçün son tarix – 7 aprel 2017-ci il

Müsabiqənin ilkin mərhələsinin bildirişlərinin e-mail vasitəsilə göndərilməsi –   8 May 2017-ci il

Konsultasiya mərhələsi –  may-iyun 2017-ci il

Layihənin təqdim oluması üçün son tarix –    3 İyul 2017-ci il

Qalib layihələrin elan olunması ­– 1 avqust 2017-ci il

EAPEC2017 konfransında mükafatlandırma mərasimi –  27-28 sentyabr 2017-ci il

Layihənin işinə başlanılması – dekabr 2017 - dekabr 2018-ci il

Əlaqə: iro@iit.science.az

Daha ətraflı məlumatı eapconnect.eu saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: