www.science.az
01.03.2017 15:31

Türkiyənin Qazi Universitetinin professoru AMEA-nın Əlyazmalar İnstitutunda olub

Türkiyənin Qazi Universitetinin professoru Qiyasəddin Aytaş AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

Qonaq bu elm müəssisəsinin türkdilli əlyazmalar kataloqu ilə tanış olub, Şah İsmayıl Xətainin divanları ilə maraqlanıb.

Alimin məqsədi mümkün qədər çox material toplamaq və gələcəkdə türk dünyasının böyük fatehləri Şah İsmayıl Xətai, Sultan Səlim Yavuz, Sultan Süleyman Qanuni, Zəhirəddin Babur və digərlərinin qüdrətli dövlət adamı olmaqla yanaşı, eyni zamanda, incə zövqə sahib sənətkar, rəvan təbli şair olmalarını da təbliğ edən ölkələrarası beynəlxalq konfrans təşkil etməkdir.

Professor Q.Aytaş institutun əlyazmaların gigiyenası və bərpası laboratoriyasının işi ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.