Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.03.2017 11:35
  • A-
  • A
  • A+

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Şöbə rəisi 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə institut və təşkilatların MM qərargah rəislərini təbrik edib və keçirilən tədbirlərin ötən illərə nisbətən daha da genişləndiyini vurğulayıb.

Tədbirdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya Hüququ şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru Ayxan Rüstəmzadənin "Fövqəladə hallardan qorunmaq məqsədi ilə insan hüquqları kontekstində preventiv tədbirlər" mövzusunda məruzəsi dinlənilib. A. Rüstəmzadə çıxışında insan hüquqlarının müdafiəsi və təbliğinin Azərbaycan dövləti üçün prioritet məsələlərdən biri olduğunu bildirib. Qeyd edib ki, fövqəladə hallarda insanın yaşamaq hüququnun pozulmasının qarşısını almaq üçün həlli vacib olan bir sıra preventiv tədbirlər görülməlidir: "Bu cür önləyici tədbirlər fövqəladə hadisələr zamanı əhalinin fiziki və mənəvi itkisini minimuma endirmək və ya tamamilə aradan qaldırmaq istiqamətində olan fəaliyyətləri nəzərdə tutur. Bununla bağlı ölkəmizdə yetərincə təkmil qanunvericilik bazası formalaşdırılıb. "Mülki müdafiə haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə mülki müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən edir, eyni zamanda mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır".

Sonra iclasda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə institut və təşkilatlarda keçirilən tədbirlər, eləcə də Rəhbər Heyətin fevral ayında MM məşqləri haqqında MM qərargah rəislərinin çıxışları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: