Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Tarix İnstitutunda məşhur özbək tədqiqatçı Şuxrat Salamovla görüş keçirilib
06.03.2017 10:21
  • A-
  • A
  • A+

Tarix İnstitutunda məşhur özbək tədqiqatçı Şuxrat Salamovla görüş keçirilib

Martın 3-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda məşhur özbək tədqiqatçı Şuxrat Salamovla (Barlas) görüş keçirilib.

Görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Ş.Salamovun imzasının Azərbaycan ictimaiyyətinə yaxşı tanış olduğunu deyib. Vurğulanıb ki, Ş.Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) kitablarının müəllifidir.

Y.Mahmudov bildirib ki, təkzibolunmaz və çoxlu sayda arxiv sənədləri əsasında yazılmış bu əsərlər XX əsrin əvvəllərində böyük dövlətlərin köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımların dünya tarixinin ən dəhşətli faciələrindən olduğunu sübut edir.

Görüşdə özbək tədqiqatçı bildirib ki, azərbaycanlılar tarixən Özbəkistanın ictimai, mədəni həyatında mühüm rol oynayıblar.

Ş.Salamov Tarix İnstitutuna Özbəkistanın paytaxtı Daşkənddə özbək dilində çap olunmuş kitabları - Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitablarını, Məhəmməd Füzulinin əsərlərini, “Müasir Azərbaycan poeziyası antologiyası”nı təqdim edib.

Xatırladaq ki, Ş.Salamov Tarix İnstitutunun fəxri doktoru və dissertantıdır. O, hazırda “Azərbaycan və Türküstan tarixində daşnak terroru” mövzusu üzərində tədqiqat aparır. Dissertantın elmi rəhbəri Y.Mahmudovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: