Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"AMEA-nın Xəbərləri (mexanika seriyası)” jurnalının nəşri ilə bağlı müzakirələr aparılıb
09.03.2017 11:08
  • A-
  • A
  • A+

"AMEA-nın Xəbərləri (mexanika seriyası)” jurnalının nəşri ilə bağlı müzakirələr aparılıb

Riyaziyyat və Mexanika İnstitutunda “AMEA-nın Xəbərləri (mexanika seriyası)” jurnalının müzakirəsinə həsr olunan tədbir keçirilib.

İnstitutun direktoru, professor Misir Mərdanov, jurnalın redaksiya heyəti və mexanika sahəsində tanınmış alimlərin iştirak etdikləri toplantıda jurnalın yeni sayının çap olunmasına dair fikir mübadiləsi aparılıb.

İclasda jurnalın mexanika seriyasının baş redaktoru, AMEA-nın müxbir üzvü Qeylani Pənahov görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, jurnal riyaziyyat və mexanika elminin müxtəlif sahələrində aparılan tədqiqatların nəticələrinin işıqlandırılması məqsədilə təsis edilib.

Sonra çıxış edən professor Misir Mərdanov jurnalın redaksiya heyətinə tanınmış xarici ölkə alimlərinin cəlb edilməsi, məqalələrdə mexanika sahəsindəki problemlərə diqqətin artırılması, həmçinin istinadlarda yeni xarici tədqiqatlara üstünlüyün verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə akademik Hətəm Quliyev, professorlar Qabil Əliyev və Sabir Quliyev çıxış edərək jurnalın dövriyyəsinin artırılması, ingilis dilinə tərcümə olunan məqalələrin keyfiyyətinin yaxşılaşdırılması, dizayn və buraxılış nömrə formatının dəyişdirilməsi və digər məsələlərlə bağlı fikirlərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: