www.science.az
13.03.2017 09:24

Neft-Kimya Prosesləri İnstitutunda yüksək məhsuldarlıq əldə etməyə imkan verən boy maddələri hazırlanıb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yeni boy maddələri hazırlanıb.

Sahə sınaqlarından uğurla keçən maddə meyvə və bitkilərdən yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kq pambıq çiyidi 24 saat məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə 100%-lik göstərici əldə edilir və sürətlə böyüyən bitkinin qozalarının sayı dəfələrlə çox olur.

Qeyd edək ki, sözügedən maddə ətraf mühit üçün ekoloji gərginlik yaratmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.