Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Professor Paşa Zamanovun 90 illik yubileyi qeyd olunub
14.03.2017 12:50
  • A-
  • A
  • A+

Professor Paşa Zamanovun 90 illik yubileyi qeyd olunub

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Əməkdar elm xadimi, professor Paşa Zamanovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə institutun direktoru, aqrar elmləri doktoru, professor Əlövsət Quliyev görkəmli alimin zəngin elmi irsi, Azərbaycanda aqrokimya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən bitkilərin gübrələnməsi sisteminin, həmçinin üzvi tullantıların aqroekoloji xüsusiyyətlərinin öyrənilməsi, torpaq münbitliyi problemi P.Zamanovun tədqiqat işlərinin prioritet  istiqamətlərindən olub. O, 254 elmi əsər və 14 patentin müəllifidir.

Ə.Quliyev müasir ekoloji problemlərin həllində professorun tədqiqatlarının cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər P.Zamanovun elmi fəaliyyətini yüksək qiymətləndirib, alimə elmi fəaliyyətində uğurlar arzulayıblar.

Sonda P.Zamanov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: