Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

"İnteraktiv açıq dərs"də maqnit sahəsinin qanunlarından bəhs edilib
14.03.2017 15:00
  • A-
  • A
  • A+

"İnteraktiv açıq dərs"də maqnit sahəsinin qanunlarından bəhs edilib

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti "interaktiv açıq dərs" keçirilib. Dərslər AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyevin “Maqnit sahəsinin qanunları” mövzusunda apardığı dərsdə şagirdlərə maqnit sahəsinin induksiyası, cərəyanlı naqilə və hərəkət edən yüklü zərrəciyə təsiri, həmçinin faradey təcrübəsindən danışılıb.

Planetimizdə istehsal olunan elektrik enerjisinin maqnit qanunları sayəsində gerçəkləşdiyini deyən alim bildirib ki, məişətdə və sənayedə istifadə edilən bir çox cihaz və avadanlıqlar da bu qanunlara tabedir.

Dərs zamanı şagirdlərə cərəyanlı maqnit sahəsinin qarşılıqlı təsirinin izahı verilib, həmçinin slayd vastəsilə induksiya cərəyanının maqnit sahəsinə aid misallar göstərilib.

Açıq dərs ümumilikdə muxtar respublikanın 202 məktəbində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: