Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Ekoloji problemlər və Azərbaycan gəncləri” adlı layihə çərçivəsində seminarlar təşkil edilib
18.02.2014 00:00
  • A-
  • A
  • A+

“Ekoloji problemlər və Azərbaycan gəncləri” adlı layihə çərçivəsində seminarlar təşkil edilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçirilmiş “Ekoloji problemlər və Azərbaycan gəncləri” adlı layihə çərçivəsində Bakı şəhəri orta məktəblərinin yuxarı sinif şagirdlərinə dünyanın ekoloji problemləri və onların həlli, eləcə də Azərbaycanın əsas ekoloji problemləri haqqında ətraflı məlumat verilib. Seminarda şagirdlərə Fondun dəstəyi ilə nəşr edilmiş “Ekoloji problemlər və onların həlli” adlı buklet paylanılıb, gənclərin ekoloji problemlərinin həlli ilə fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində təlimçi tərəfindən dünyanın ekoloji problemlərini əks etdirən viktorinalar təşkil edilib, Xəzər dənizinin, Kür və Araz çaylarının, Abşeron yarımadasının və s. ekoloji problemləri müzakirə edilib. Müzakirəyə çıxarılmış məsələlərin ekoloji böhranın tədqiqi istiqamətində vacibliyi vurğulanıb. Bildirilib ki, məqsəd gəncləri ekoloji problemlərin həllinə cəlb etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: